1 İyun Uşaqların Beynəlxalq Müdafiə günüdür

Suraxanı rayon 316 saylı tam orta məktəbdə Uşaqların Beynəlxalq Müdafiə gününə həsr olunmuş tədbir keçirildi.Məktəbin Tərbiyə işləri üzrə direktor müavini Qasımova Ulduz şagirdləri təbrik etdi.Uşaqlar bizim gələcəyimizdir və biz bu gələcəyi qorumalıyıq.Şagirdlərin mahnı, rəqs və səhnəcikləri maraqla qarşılandı.Xüsusilə vətənpərvərlik mövzusuna həsr olunmuş çıxışlar alqışlarla qarşılandı.