"Son zəng"

İyunun 14-də ümumtəhsil məktəblərində 11-ci sinfi bitirən şagirdlər üçün “Son zəng” çalınıb. Açıq hava şəraitində və sosial məsafə gözlənilməklə keçirilən tədbirdə məktəbin 11-ci sinif şagirdləri, məktəb rəhbərliyi və məhdud sayda müəllim iştirak etdi. Tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.Məktəbin direktoru G.Əkbərova onbirinciləri təbrik edərək onlara gələcək təhsil həyatlarında uğurlar arzuladı."Son zəng" tədbirində məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar nümayiş edildi.