Nizami Gəncəvinin 800 illik yubileyinə həsr olunmuş "Xəmsə" adlı dəyirmi masa

    İyunun 10-da Suraxanı rayon 316 saylı tam orta məktəbində Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Tədbirlər Planı"na əsasən  məktəb kitabxanasında "Xəmsə" adlı dəyirmi masa keçirildi. İlk öncə müəllimlər Nizami Gəncəvinin həyat yolu və yaradıcılığı, Şərq və dünya ədəbiyyatındakı mövqeyi, inkişafında rolu, əsərlərindəki fəlsəfi fikirlər, ideyalar, bəşəriyyətin bədii söz sənətinə "Xəmsə" adlı xəzinəni bəxş etməsi, onun bədii irsinin dünya ədəbiyyatının, təsviri sənətin və musiqinin inkişafına böyük təsiri, gənc nəslin təlim-tərbiyəsində Nizami yaradıcılığının əvəzsiz rolu və digər mövzular barədə çıxışlar etdilər. Sonra şagirdlər Nizami Gəncəvinin poemalarından parçalar səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi