II Qarabağ müharibəsi iştirakçıları və qazilər ilə görüş

    İyunun 2-də Suaraxanı rayon 316 saylı tam orta məktəbində Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2020-ci il tarixli F-512 nömrəli əmrinin icrası ilə əlaqədar olaraq “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Təhsil Nazirliyinin 2020/2021-ci tədris ili üçün Fəaliyyət Planına əsasən 4“H” sinif müəlimi şəhid Bilal Qənbərovun bacısı Şəfiqə Məmmədovanın təşkilatçılığı ilə "Vətən müharibəsi"ndə iştirak etmiş müharibə iştirakçıları və qaziləri Həsənov Fərid,Ağayev Teymur,Abdullayev Mirəjdər və Haqverdiyev Hüseyin ilə  görüş keçirildi.Görüşdə  onlar şagirdlərin suallarına həvəslə cavab verərək Qarabağ müharibəsində yenilməz Azərbaycan ordusunun qazandığı uğurlardan, əsgərlərimizin igidliklərindən, ruh yüksəkliklərindən danışdı. 44 günlük Vətən müharibəsində Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı həm piyada qoşunları, həm   hərbi əməliyyatlarda iştirak edərək Cəbrayıl, Xocavənd, Fizuli və Şuşanın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi