Narkotikə yox deyək

Suraxanı rayon 316 saylı tam orta məktəbində mütəmadi olaraq narkomaniyanın insan həyatına mənfi təsirləri haqqında tədbirlər keçirilir. Növbəti tədbirimiz 17-21may tarixlərində 9-cu sinif şagirdləri ilə seminar oldu.Əvvəlcə hər bir sinifdə Tərbiyə işləri üzrə direktor müavini U.Qasımova narkotiklərin insan həyatını necə məhv etməsi haqqında geniş məlumat verdi,şagirdlər arasında müzakirələr keçirildi. Sonda isə şagirdlərin sualları cavablandırıldı.