28 may - Respublika Gününə həsr edilmiş tədbirlər

Mayın 27-də Suraxanı rayon 316 saylı tam orta məktəbində 28 may - Respublika Günü ilə əlaqədar siniflərdə tədbirlər keçirilib. 28 may müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1990-cı ildən Respublika Günü dövlət bayramı kimi qeyd edilir. Şagirdlər müstəqilliyimizə həsr edilmiş şeirlər söylədilər,mahnılar oxudular və əl işləri sərgilədilər. Tədbirləri keçirməkdə məqsəd müstəqilliyimizi qoruyub saxlamağın nə qədər önəmli olmasını şagirdlərə təbliğ etmək idi.