“Nizami dünyası” intellektual müsabiqə

    Mayın 8-də Suraxanı rayon 316 saylı tam orta məktəbində mövcud epidemoloji vəziyyəti nəzərə alaraq “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planı”nına əsasən “Nizami dünyası”adlı vertual intellektual müsabiqə keçirildi. Musabiqənin  əsas mövzuları Nizami Gəncəvinin həyatı, qəzəlləri, müdrik kəlamları, “Xəmsə”, görkəmli şəxslərin dahi şair haqqında söylədiyi fikirlər və Nizami yaradıcılığındakı məşhur obrazlardan ibarət idi. Üç mərhələdən ibarət müsabiqənin I mərhələsi (məktəbdaxili mərhələ) keçirildi. Müsabiqədə iştirak etmiş IX-XI sinif şagirdləri arasından 9 Ç sinif şagirdi  Mehdiyeva Rəna Ramil qızı yüksək nəticə əldə edərək müsabiqənin II mərhələsinə vəsiqə qazanmışdır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi