Ümumilli lider Heydər Əliyev

Mayın 4-də Suraxanı rayon 316 saylı tam orta məktəbində ''Ümumilli lider Heydər Əliyev" başlığı altında geniş tədbir keçirildi. Tədbirdə məktəbin Tərbiyə İşləri üzrə direktor müavini U.Qasımova çıxış etdi. O ulu öndərin həyatı Azərbaycan Respublikası müstəqilliyinin qorunub saxlanılması Azərbaycan xalqının rifahının yüksəldilməsi uğrunda apardığı mübarizə yolundan danışdı. Sonra məktəbin müəllimi X.Səfərova çıxış edərək Heydər Əliyevin məktəblilərə münasibətindən danışdı. Tədbiri şagirdlər davam etdirdilər. Şagirdlərin ümumilli liderimiz haqqında hazırladıqları inşalar əl işləri və rəsm əsərləri nümayiş etdirildi.Şagirdlər ulu öndərə sevgilərini öz fəaliyyətləri ilə nümayiş etdirdilər.