" Beynəlxalq Ailə günü"

Aprelin 30-da Suraxnı rayon 316 saylı tam orta məktəbində 15 may "Beynəlxaq Ailə günü" münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə məktəbin Tərbiyə İşləri üzrə direktor müvavini U.Qasımova çıxış etdi. O milli-mənəvi dəyərlərimiz, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunması, valideyn-uşaq münasibətinin formalaşdırılması haqqında danışdı. Sonra məktəbin müəllimi L.Kazımova çıxış etdi. O yaşlı nəsillə dialoqun düzgün qurulmasından ailənin bir məktəb olaraq insan həyatında önəmli rolundan danışdı. Daha sonra şagirdlər öz əl işlərini və rəsmlərini nümayiş etdirərək bu rəsm və əl işləri vasitəsilə hansı fikirləri ifadə etmək istəmələrindən danışdı