“Qarabağ musiqisi-qəlbin musiqisi”

Suraxanı rayon 316 nömrəli tam orta məktəbində “Qarabağ musiqisi-qəlbin musiqisi” adlı mahnı müsabiqəsi keçirildi. Musiqi müəllimi E.Mahmudova Qarabağ musiqisinin tarixi haqqında şagirdlərə geniş məlumat verdi və müsabiqənin mahiyyətini izah etdi. Sonra şagirdlər Qarabağa həsr olunmuş mahnılar səsləndirdilər. Məktəb rəhbərliyindən təşkil olunmuş münsiflər heyəti şagirdlərin çıxışlarını dəyərləndirdi və 7 "B" sinif şagirdi Aylin Bayramlı müsabiqə qalibi seçildi.