31 mart Azərbaycanlıların Soyqırımı

Martın 31-i Suraxanı rayon 316 saylı tam orta məktəbində "31 Mart - Azərbaycanlıların soyqırımı günü" anıldı.1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 30 mindən çox günahsız insanın,o cümlədən çoxlu sayda qoca,qadın və uşaqların öldürülməsi ilə nəticələnib. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması,doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 103 il ötür.1998-ci il martın 26-da prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb.Həmin gündən başlayaraq 31 Mart tarixi azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.