Ölkə başçımızın ordu quruculuğu

    Suraxanı rayon 316 saylı tam orta məktəbində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2020-2021-ci  tədris ili üçün "Fəaliyyət planı''na uyğun olaraq ölkə başçımızın ordu quruculuğu və ölkəmizin müdafiə qüdrətinin gücləndirilməsində xidmətləri mövzusunda gənclərin çağırışaqədərki hazırlığı fənn müəllimi tərəfindən şagirdlərlə disput keçirildi.Gənc nəslin Vətənin layiqli övladları kimi böyüməsində ,onlarda yurdsevərlik , doğma torpaq, milli mənəvi dəyərlər , vətəndaşı olduğu ölkəni ,dövləti qorumaqda , hərbi biliklərə yiyələnməkdə GÇQH fənninin əhəmiyyətindən danışdı. Hərbi rəhbər bildirdi ki, Prezident İlham Əliyev son illərdə qəbul etdiyi qərarlar, atdığı inamlı addımlar qüdrətli ordu yaratmaq istiqamətində gərək olan bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin edib və nəticədə maddi-sosial və texniki cəhətdən hərtərəfli təchiz olunan, ən müasir silahlarla silahlanmış, dünyanın 50 ən güclü orduları sırasında özünə layiqli yer tutan Azərbaycan Ordusu ərsəyə gəlib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi