44 günlük vətən müharibəsi

Fevralın 1-də Suraxanı rayon 316 saylı tam orta məktəbdə pandemiya qaydalarına əməl olunaraq qismən bərpa olunaraq ənənəvi tədris başlandı. Məktəbdə dərslər 44 günlük vətən müharibəsinə həsr olundu.Dərslərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrikliyi və böyük sərkərdəlik məharəti sayəsində 44 gün ərzində torpaqlarımızın azad edilməsi barədə şagirdlərə ətraflı məlumatlar verildi. Xalqımızın Müzəffər Ali Baş Komandanının qətiyyəti, əzmi sayəsində tariximizin ən parlaq və unudulmaz zəfərlərindən birini yaşaması, rəşadətli Azərbaycan Ordusunun qüdrəti, yenilməz Azərbaycan əsgərinin qəhrəmanlığı məktəblilərin nəzərinə çatdırıldı. Bu şanlı qələbənin əldə edilməsində xalqımızın birliyi və həmrəyliyinin böyük rolu olduğu da vurğulandı.Dərslərdə İkinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən Gəncə və Bərdədə dinc əhaliyə qarşı törədilən terror aktlarından da bəhs edildi.Düşmən üzərində qalibiyyət qazanan Azərbaycan Ordusunun igid əsgərlərinin döyüşlərdə böyük şücaət göstərdiyi bildirildi. Vətən üçün döyüşən qəhrəmanların bəzilərinin şəhidlik zirvəsinə ucaldığı, bəzilərinin isə müxtəlif xəsarətlər aldığı haqda şagirdlərə məlumatlar verildi. Şagirdlər Şanlı Zəfərimizə həsr olunmuş şeirlər söylədi.