Əhmədiyyə Cəbrayılovun 100 illiyi

Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyi münasibəti ilə Suraxanı rayonu 316 nömrəli tam orta məktəbdə onlayn tədbir keçirildi.Məruzəçi məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Qasımova Ulduz idi.
Tədbirdə şagirdlərə Əhmədiyyə Cəbrayılovun keçdiyi şərəfli döyüş yolundan, partizanlıq fəaliyyətindən danışıldı. Cəbrayılovun qəhrəmanlıqları nəinki bizim ölkəmizdə, hətta Fransa dövləti tərəfindən də çoxsaylı mükafatlarla, orden-medallarla təltif edildiyi vurğulandı. Milli vətənpərvərlik ruhu aşılayan tədbirdə Ə.Cəbrayılovun oğlu Milli Qəhrəmanlarımızdan biri olan Mikayıl Cəbrayılov haqqında da məlumat verildi. Mikayıl Cəbrayılov 1992-ci ildə Qarabağ uğrundan gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olmuşdur. Sonda vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda canını fəda etmiş bütün insanların xatirələrinin qəlbimizdə daim yaşayacağı bildirildi.