"Xocalını unutmadıq, unutmarıq!"

    Fevralın 25-də Suraxanı rayon 316 saylı tam orta məktəbində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar " Xocalını unutmadıq, unutmarıq! " adlı geniş tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə Xocalı şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Məktəbin direktoru G.Əkbərova çıxış edərək bildirdiki öz amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş Xocalı qətliamından bizi 28 il zaman məsafəsi ayırır.1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri hələ SSRİ dövründə Xankəndi şəhərində yerləşən, zabit və gizirlərinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayının zirehli texnikası və hərbçilərinin köməyi ilə Xocalı şəhərini yerlə-yeksan edib, sakinlərə amansızlıqla divan tutub, onları vəhşicəsinə, qəddarlıqla, ağlasığmaz işgəncələrlə qətlə yetiriblər. Bundan əlavə bildirdiki Prezident İlham Əliyevinin bu məsələdəki qətiyyəti, bu istiqamətdə gördüyü işləri ilə əminliklə demək olar, gec-tez nüfuzlu beynəlxalq təşkilatlar, bütün dünya Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək. Tədbirdə məktəbimizin həm ibtidai sinif şagirdləri, həm də yuxarı sinif şagirdləri iştirak edirdilər. Şagirdlərin çıxışları lirik şerlər, faciəni əks etdirən səhnəciklər ,süjet və kompozisiyaların bir-birini tamamlaması izləyicilərdə ,millətimizin yaddaşına qanlı hərflərlə yazılmış bu tarixin yaşanmış acı səhifələrini bir daha canlandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi