"Ana harayı" abidəsini və Şəhidlər Xiyabanını ziyarət

    Suraxanı rayon 316 saylı tam orta məktəbinin şagird və müəllim kollektivi Xocalı soyqrımının 28-ci ildönümü ilə əlaqədar  "Ana harayı" abidəsini və Şəhidlər Xiyabanını ziyarət etdilər. Ziyarət zamanı şagirdlərə Xocalıda törədilən vəhşiliklər barədə məlumatlar verildi. Bundan əlavə Şəhidlər Xiyabanında uyuyan Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin qəbrini ziyarət ediblər. Çingiz Mustafayev dünyaya Xocalıda çəkdiyi filmlə tanınıb. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın reputasiyası bütün dünyada ciddi sarsıntıya məruz qalıb. Çingiz Mustafayev isə həmin hadisəni Seyidağa Mövsümlüdən iki gün sonra fevralın 28-də lentə ala bilib. Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev 1992-ci ilin iyun ayının 15-də  Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həyatını itirib.  Məktəbin şagirdləri şəhidin qəbrinə tər qərənfillər düzüblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi