21 fevral Beynəlxalq Ana Dili Günüdür

    Fevralın 21-də Suraxanı rayonu 316 saylı tam orta məktəbində BŞTİ-nin Tədbirlər planına uyğun olaraq Ana dili günü  qeyd olundu. Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur.  Bu gün 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə YUNESKO tərəfindən Beynəlxalq Ana Dili günü elan edilib. 2002-ci il 30 sentyabr tarixdə “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. 2004-cü il yanvarın 12-də isə prezident İlham Əliyev “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” haqqında sərəncamı və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür. Məktəbimizdə Ana dili günü təşkilat saatları, dəyirmi masa və "Dilimiz mənəvi sərvətimizdir" adlı geniş tədbirlə qeyd olundu. Tədbirdə şagirdlər şeirlər və mahnılar səsləndirdilər. Bundan əlavə şeir musabiqəsi keçirildi və qaliblər diplomla  təltif olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi