"Beynəlxalq Kitab Bağışlama Günü "

Fevralın 14-də Suraxanı rayon 316 saylı tam orta məktəbinin kitabxanasında "Beynəlxalq Kitab Bağışlama Günü " ilə əlaqədar tədbir keçirildi. Kitabxana müdiri G.Allahverdiyeva bu günün tarixi haqqında kitabxana oxucularına ətraflı məlumat verdi. Şagirdlər oxuduqları kitabları yoldaşlarına və məktəb kitabxanasının fonduna bağışladılar. Bundan əlavə 1 'D' sinif şagirdləri də sinif müəllimi L.Kazımovanın təşkilatçılığı ilə bağışladıqları kitablardan sinif kitabxanası yaratmışlar. Bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirir.