“Quşların dostları”

    Yanvarın 22-də  Suraxanı rayon 316 saylı tam orta məktəbinin  1 "D" sinfində sinif müəllimi L.Kazımova Azərbaycan dili fənni üzrə nümunəvi dərs keçirdi. Dərsin mövzusu “Q  hərfi, Quşların dostları”  oldu. Şagirdlər quşlar haqqında  suallara cavab verdikdən sonra müəllim uşaqlara  ümumi məlumat verdi. Dərslikdən mətn oxunaraq  təhlil edildi. Bu dərs şagirdlərdə təbiətə, heyvanlara sevgi, onları qorumaq hissini daha da gücləndirdi. Sonda şagirdlər soyuq qış günlərində quşlara qayğı göstərmək məqsədi ilə hazırladıqları yuvaları məktəbin həyətindəki ağaclara asdılar və quşlar üçün yuvalara yem qoydular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi