Şəhidlər xiyabanına ziyarət

    Suraxanı rayon 316 saylı tam orta məktəbinin şagirdləri "20 yanvar" şəhidlərinin əziz xatirəsini yad etmək üçün sinif müəllimlərinin rəhbərliyi ilə şəhidlər xiyabanına getdi. Ziyarət zamanı müəllimlər şagirdlərə 20 Yanvar faciəsi barədə geniş məlumat verib, bu qanlı hadisənin başvermə səbəblərindən və acı nəticələrindən danışıb. Vurğulanıb ki, Azərbaycanın müstəqilliyi, suverenliyi və azadlığı uğrunda şəhid olanların əziz xatirəsi qəlblərdə əbədi yaşayacaq. Sonda müəllim və şagirdlər xalqımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini yad edərək şəhidlərin məzarları üzərinə tər qərənfillər düzüblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi