"31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü"

Dekabrın 30-u Suraxanı rayon 316 saylı tam orta məktəbində "31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü" siniflərdə təşkilat saatlarında və akt zalında tədbir keçirilərək qeyd olundu. Tədbirdə şagirdlər şeirlər və rəqslər səsləndirdilər.Bundan əlavə bu şərəfli tarixə həsr olunmuş slayd şoular nümayiş olundu. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi artıq bütün dünya azərbaycanlıları üçün zərurətə və mənəvi ehtiyaca çevrilib. 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən bayram olaraq qeyd edilir.