"Riyaziyyat aylığı" çərçivəsində bilik yarışı

Dekabrın 28-i Suraxanı rayon 316 saylı tam orta məktəbində "Riyaziyyat aylığı" çərçivəsində 3 "D", 3 "H" və 3 "J " sinif şagirdləri arasında bilik yarışı keçirildi. Sinif müəllimləri G.Rzayeva, J.Şamilova və Ş.Məmmədovanın təşkilatçılığı ilə keçirilən yarışın əsas məqsədi şagirdlərdə riyazi təfəkkürü inkişaf etdirmək idi. Yarışda "Həmrəylik", "Dostluq"," Birlik" və "Məntiq" komandaları iştirak edirdi. Yarışmanın münsif heyətində məktəbin riyaziyyat müəllimi M.Qurbanov da iştirak edirdi. Yarışın nəticəsinə əsasən "Həmrəylik" komandası qalib gəldi.Qaliblər diplom ilə təltif olundular.