Heydər Əliyev Mərkəzinə ekskursiya

Dekabrın 11-i Suraxanı rayon 316 saylı tam orta məktəbin 6 "D" və 6 "A" sinif şagirdləri Heydər Əliyev Mərkəzinə sinif müəllimləri T.Rəcəbova və G.Məmmədovanın təşkilatçılığı ilə ekskursiyaya getmişdilər. Şagirdlər Heydər Əliyev Mərkəzində nümayiş etdirilən “Azərbaycan inciləri” sərgisi ilə tanış olublar. Onlar sərgi vasitəsilə qədim tarixə, mədəniyyətə, ədəbiyyata, adət-ənənələrə sahib olan ölkəmiz haqqında maraqlı məlumatlar əldə ediblər. Ekspozisiyada nümayiş etdirilən qayaüstü rəsmlər, müxtəlif dövrlərə aid arxeoloji tapıntılar, etnoqrafik məmulatlar, numizmatik əsərlər, milli geyim və zərgərlik nümunələri məktəblilərdə xoş təəssürat oyadıb.