"Valideynin məktəbdə bir günü"

Dekabrın 18-də Suraxanı rayonu 316 nömrəli tam orta məktəbdə “Valideynin məktəbdə bir günü” adlı lahiyəsi keçirildi. Məktəb kollektivi ilə müntəzəm əlaqədə olan, məktəbin ictimai-sosial həyatında aktiv, təşəbbüskar və yaradıcı olan valideynlər əvvəlcə məktəbdə hörmətlə qarşılandı. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Esmira Qocayeva və Uşaq Birliyi təşkilatı rəhbəri Əlirzayeva Aytən valideynləri ümumtəhsil müəssisəsi ilə əyani tanış etdilər. Daha sonra sinif rəhbərləri ilə birlikdə onlar dərsləri müşahidə etdilər.
Daha sonra valideynlər akt zalında toplaşdılar. Şagirdlərin şeir , mahnı və rəqsləri onların valideynlərini qürurlandırdı.
Beləliklə məktəblə valideyn arasında olan münasibəti daha da yaxınlaşdı. Ümid edirik ki, bu tədbir şagirdlərin nailiyyətlərinə və məktəbdə təhsilin keyfiyyətinə müsbət təsir edən bir amil olacaqdır.