"12 dekabr Ümummilli Lider Heydər Əliyevin anım günü"

    Suraxanı rayon 316 saylı tam orta məktəbində "12 dekabr Ümummilli Lider Heydər Əliyevin anım günü" qeyd olunmuşdur. Ulu öndər Heydər Əliyevin  xatirəsinə həsr olunmuş bir sıra tədbirlər keçirilmişdir.  Məktəb üzrə bütün siniflərdə divar qəzetləri “12 dekabr-Heydər Əliyevin anım günü”nə həsr olunmuşdur. Eyni zamanda tədbirlər silsiləsi çərçivəsində təşkilat saatları keçirilib. 12 dekabr-ümummilli liderimiz Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədər məktəbdə “Dahi” adlı tədbir keçirilib. Tədbirdə Ulu öndərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.Tədbir zamanı Ulu öndərin keçdiyi mənalı ömür yoluna həsr olunmuş video çarx nümayiş olunub. Şagirdlər ümummilli liderə həsr olunmuş şeir və mahnılar səsləndiriblər. Bundan əlavə "Xalqa bağışlanan ömür" adlı dəyirmi masa da keçirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi