Mirzəli Aydan Mirseyid qızı 1992-ci ildə Masallı rayonunda anadan olub. 1998-ci ildə Rusiyanın Nijniy Taqil şəhərində 3 nömrəli məktəbin 1-ci sinifinə daxil olub, sonra 2001-2009-cu illərdə Masallı rayonun Bədəlan kənd orta məktəbində təhsilini başa vurub. 2009-2013-cü illərdə Lənkəran Dövlət Universitetinin kimya-biologiya müəllimliyi ixtisasını oxuyub. Bakalavr təhsilini başa vurduqdan sonra 2014-2016-cı illərdə Azərbaycan Dövlət Pedoqoji Universitetində Kimya ixtisası üzrə Magistr təhsili alıb. 2016-cı ildən müəllimlərin işə qəbulu müsabiqəsi yolu ilə Bakı şəhəri 313 nömrəli tam orta məktəbdə kimya müəllimi vəzifəsində çalışmağa başlayıb.
Qasımova Mələkxanım Elxan qızı 2000-ci ildə Tovuz rayonunda anadan olub. 2006-cı ildə Bakı şəhəri Binəqədi rayonu 217 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2017-ci ildə həmin məktəbi bitirib. 2018-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya-biologiya fakültəsinə qəbul olub. 2023-cü ildən müəllimlərin işə qəbulu üzrə müsabiqəsinin test mərhələsində müvafiq keçid balı toplayıb uğur qazanaraq Bakı şəhəri Binəqədi rayonu 313 nömrəli tam orta məktəbdə kimya müəllimi vəzifəsində işləyir.
Əmiraslanlı Nura Dünyamin qızı 1990-cı ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 1997-ci ildə Bərdə şəhər 3 nömrəli orta məktəbin 1-ci sinfinə daxil olub. 2008-ci ildə Bərdə şəhər 2 nömrəli tam orta məktəbin 11-ci sinfini bitirib. 2009-cu ildə ADPU-nin biologiya fakültəsinə daxil olmuş, 2013-cü ildə universiteti bitirib. 2014-cü ildə “Müəllimlərin işə qəbul” müsabiqəsində iştirak edərək Goranboy rayon Todan kənd orta məktəbində biologiya müəllimi kimi fəaliyyət göstərib. 2016-cı ildə Bakı şəhərində yerləşən Kəlbəcər rayon 18 nömrəli tam orta məktəbdə biologiya müəllimi vəzifəsində fəaliyyət göstərib. 2022-ci il ildə “Müəllimlərin işə qəbul” müsabiqəsində yenidən iştirak edərək Bakı şəhər 313 nömrəli tam orta məktəbdə biologiya müəllimi vəzifəsində fəaliyyətini davam etdirir.
Əskərova Dilarə Musa qızı 1986-cı ildə Bakı şəhərində anadan olub. 1994-cü ildə 246 nömrəli tam orta məktəbə daxil olmuş, 2005-ci ildə həmin məktəbi bitirmişdi. 2005-ci ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinə qəbul olmuş, 2009-cu ildə bakalavr pilləsini bitirmişdi. 2009-cu ildə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində müvafiq keçid balı toplayıb uğur qazanaraq 313 nömrəli tam orta məktəbdə biologiya müəllimi vəzifəsində işləməyə başlamışdır.
Rəhmanlı Elnarə İlham qızı 1991-ci ildə Bakı şəhəridə anadan olub. 1997-ci ildə Binəqədi rayonu 217 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub. Təhsilini 2007-ci ildə Yasamal rayonu Gənc İstedadlar Liseyində davam etdirib. 2009-cu ildə həmin məktəbi bitirib, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya - Biologiya fakültəsinə daxil olub. 2013- cü ildə 'Müəllimlərin işə qəbulu" müsabiqəsi yolu ilə Qaradağ rayonu 50 nömrəli tam orta məktəbə biologiya müəllimi kimi qəbul olub. 2018-ci ildən "Müəllimlərin işə qəbulu" müsabiqəsi yolu ilə Bakı şəhəri Binəqədi rayonu 313 nömrəli məktəbdə işləyir.
Xasməmmədova Gülxanım Ələsgər qızı 1987-ci ildə Şəki şəhərində anadan olub. 1993-cü ildə Şəki şəhər 11 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2004-cü ildə məktəbi bitirib. Həmin ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya biologiya fakültəsinə qəbul olub. 2008-ci ildə universiteti bitirib. 2008-ci ilin sentyabr ayında Şəki şəhər 18 nömrəli tam orta məktəbə işə qəbul olub. 2018-ci ildə yerdəyişmə müsabiqəsi yolu ilə Bakı şəhər 305 nömrəli tam orta məktəbə işə qəbul olub. 2019-cu ildə müəllimlərin işə qəbulu üzrə müsabiqəsinin test mərhələsində müvafiq keçid balı toplayaraq Bakı şəhər 313 nömrəli tam orta məktəbə qəbul olub. Hal hazırda bu məktəbdə biologiya müəllimi işləyir.
Məmmədova Gülnarə Ağaddaş qızı 1982-ci ildə Lənkəran rayonunda anadan olmuşdur. 1989-cu ildə Lənkəran rayonunun Şağlaküçə kənd orta məktəbində 1-ci sinfinə daxil olmuşdur. 2000-ci ildə Lənkəran Dövlət Universitetinin Coğragiya fakültəsinə daxil olmuş, 2004-cü ildə həmin universiteti bitirmişdir. 2004-2007-ci illərdə Lənkəran rayon Kərgəlan kənd orta məktəbi və Qurumba kənd orta məktəbində coğrafiya müəllimi kimi fəaliyyətə başlamışdır. 2007-ci ildə müəllimlərin yerdəyişməsi ilə Binəqədi rayonu 313 nömrəli tam orta məktəbdə Coğrafiya müəllimi kimi fəaliyyətini davam etdirir.
Mahmudova Pərvanə Mövlüd qızı 1987-ci ildə anadan olub. 1994-2005-ci illərdə Bakı şəhər Nərimanov rayonu 37 nömrəli tam orta məktəbi bitirib. Həmin ildə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinə daxil olub. 2009-cu ildə universiteti bitirib və müəllimlərin işə qəbulu üzrə müsabiqəsinin test mərhələsində müvafiq keçid balı toplayaraq Bakı şəhəri 313 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətə başlayıb. 2013-2016-cı illərdə Bakı Dövlət Universitetində magistratura təhsili almışdı.
İsgəndərova Xanım Zəkat qızı 1980–ci ildə Beyləqan rayonunda Bahar qəsəbəsində anadan olub. 1986-cı ildə Beyləqan rayonu Qəhrəmanlı qəsəbəsində orta məktəbə daxil olub. 1992-ci ildə təhsilini Qəhrəmanlı qəsəbə orta məktəbində davam etdirib. 1997-ci ildə həmin məktəbi bitiirb. 1998-ci ildə Baki Dövlət Universitetinin cografiya fakültəsinə qəbul olub. 2002-ci ildə həmin universiteti bitirib Beyləqan rayonu Bahar qəsəbəsində pedaqoji fəaliyyətə başlayıb. 2012-ci ildə AAM -da (Avropa Azərbaycan Məktəbi) fəaliyyətini davam etdirib. Həmin ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi xətti ilə “Yeni Fənn Kurikulumlarının tətbiqi üzrə” regionlarda təlimçi kimi fəaliyyət göstrəib. 2013-cü ildə müəllimlərin işə qəbulu üzrə müsabiqəsinin test mərhələsində müvafiq keçid balı toplayaraq Binəqədi rayonu 313 nömrəli tam orta məktəbə işə qəbul olunub və eyni zamanda ”Zəkalar liseyi “ndə də müəllim kimi fəaliyyət göstərib. Hazırda Binəqədi rayonu 313 nömrəli tam orta məktəbdə coğrafiya müəllimi vəzifəsində çalışır.
Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 313 nömrəli tam orta məktəb 20...
© Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi