"9 noyabr – Dövlət Bayrağı Günü" münasibətilə tədbir keçirildi

313 nömrəli tam orta məktəbdə "9 noyabr – Dövlət Bayrağı Günü" münasibətilə tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlandı. Sonra məktəbin direktoru Zakir Bayramov Azərbaycan bayrağının yaranma tarixi, ona verilən önəm və 9 noyabr tarixinin “Bayraq Günü” kimi qeyd edilməsi haqqında iştirakçılara geniş məlumat verdi.
Tədbirdə şagirdlər vətənə, bayrağa həsr olunan şeirlər səsləndilər və mahnılar ifa etdilər.