Şagirdimiz Fənn Müsabiqəsində Bürünc medal qazanıb.

Məktəbimizin 7-ci sinif şagirdi Əlizadə Nuray Elxan qızı biologiya fənnindən Respublika Fənn Müsabiqəsində uğurla iştirak edərək bürünc medal qazanıb. Müəllimi Elnarə Rəhmanlı başda olmaqla, bu uğurda əməyi keçən hər kəsə təşəkkür edirik. Şagirdimizi və ailəsini səmimi qəlbdən təbrik edir, gələcək yarışlarda daha böyük uğurlar arzulayırıq!