Məktəbli geyim formaları

            Hörmətli valideynlər və əziz şagirdlər:

2025-2026-cı tədris ilində də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli məktəbi geyim formaları istifadə ediləcək.

https://e-qanun.az/framework/49312

1.9. Bu Sənədin tələblərinə təhsilalanlar tərəfindən riayət edilməsinə məktəbin rəhbərliyi nəzarət edir.

2.2. Təhsilalanların geyim formalarının təsviri:

2.2.1. Oğlanlar üçün şalvar - rəngli ,yun və poliester qarışıqlı (yun 60%, poliester 40%) iplikdən toxunulmuş parçadan düzünə və manjetsiz tikilir. Şalvara kəmər tətbiq edilir. Kəmər üçün ön hissədə iki, yanda iki və arxada iki ədəd körpücük tikilir....

2.2.2. Qızlar üçün ətək - rəngli, yun və poliester qarışıqlı (yun 60%, poliester 40%) iplikdən toxunulmuş parçadan çoxsaylı şaquli qırçınlı, yarımdairə klyoş və ya trapesiyaşəkilli tikilir. Ətəyin uzunluğu diz xəttindən aşağı olmalıdır.....

Əlavə olaraq nəzərinizə çatdırırıq ki, növbəti tədris ilindən etibarən “Son Zəng” tədbirində məzunlar yalnız məktəbli formalarından istifadə edə biləcəklər.

Yuxarıda qeyd olunmuş keçiddən istifadə edərək məktəbli formaları haqqında ətraflı məlumat ala bilərsiniz.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi