Fəaliyyət qiymətləndirilir

Bu gün akademik nailiyyətləri yüksək olan şagirdlər təltif olunub. Məqsəd—şagirdləri dərslərə maraq göstərməyə, yüksək nəticələr əldə etməyə təşviq etmək, onların əzmkarlığını və biliklərini dəyərləndirməkdir. Belə ki, müxtəlif fənlər üzrə müsabiqələrdə yarım final və final turunda xüsusi fəallıq göstərmiş şagirdlər fəxri fərman, təşəkkürnamə ilə rəğbətləndirilib.
Təltif olunan şagirdlərə gələcək təhsillərində uğurlar arzulanıb və onların məktəbin adını ucaldan nəsil olaraq yetişəcəklərinə əminlik ifadə edilib