Pedaqoji şura iclası keçirilib.

İclasın gündəliyinə uyğun olaraq direktor müavinlərinin çıxışları dinlənildi. İl ərzində keçirilən dərslərin nəticələri və tədris prosesi ilə bağlı təhlillər, siniflər üzrə təlim göstəricilərinə nəzər salaraq zəif tərəfləri inkişaf etdirmək üçün müəyyən tədbirlərin görülməsinin vacibliyi qeyd edildi. Sonra məktəbdaxili intizam, şagirdlərin tərbiyəsi və il ərzində həyata keçirilmiş tədbirlər haqqında danışıldı.

Sonda məktəbin direktoru Laçın Hüseynli il ərzində görülən işlər haqqında ümumi məlumat verdi. O, şagirdlərin təlim nailiyyətlərini, tərbiyə sahəsində əldə olunan uğurları və qarşıdakı tədris ili  üçün hədəfləri kollektivin diqqətinə çatdırdı. Direktor çıxışında müəllimlərin və kollektivin fədakar əməyinin nəticəsində əldə edilən uğurların əhəmiyyətini vurğuladı.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi