"Narkomaniyaya yox deyək!" mövzusunda tədbir keçirilmişdir

313 nömrəli tam orta məktəbdə "Narkomaniyaya yox deyək!" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Binəqədi rayon Polis İdarəsinin əməkdaşları, İctimai Təhlükəsizlik şöbəsinin rəisi - polis polkovnik -leytenantı Ceyhun Şabanov, 40-cı Polis bölməsinin rəisi - polis polkovnik-leytenantı Ramil Cəbiyev, Binəqədi Rayon Polis İdarəsi azyaşlılarla iş bölməsinin rəisi İlham Atakişiyev iştirak etmişlər. Polis polkovnik-leytenantı Ramil Cəbiyev çıxış edərək narkomaniyanın əsrin bəlasına çevrildiyini diqqətə çatdırmışdır. Tədbirdə narkomaniyanın törətdiyi faciələri əks etdirən filimlər nümayiş etdirilmiş, şadirdlərin sualları cavbablandırılmışdır.