"Son zəng" çalındı

313 nömrəli tam orta məktəbdə "Son zəng" keçirildi. Tədbirdə məktəbin şagird heyəti, müəllim kollektivi, həmçinin valideynlər iştirak etdilər. Məzunların buraxılış tədbiri dövlət himninin səsləndirilməsi ilə başladı. Məzunları təbrik edən məktəbin direktoru Zakir Bayramov gələcəyimiz olan bu gənclərin müstəqil dövlətin vətəndaşı olaraq Azərbaycanın həyatında müstəsna xidmətlər göstərəcəklərinə inamını ifadə edərək, müstəqil həyata ilk addımlarını atan məzunlara gələcək fəaliyyətində uğurlar arzuladı.
Sonda m
əzunların və məktəblilərin hazırladıqları bədii kompozisiyalar, ifa etdikləri mahnılar və rəqslər iştirakçılar tətərəfindən maraqla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi