NOVRUZ ŞƏNLİYİ

Novruz yeni gün, yeni həyat mənasını daşıyır.Novruz bayramı yazın gəlişi, təbiətin canlanması, torpağın oyanması bayramıdır.Bu bayram hər il məktəbimizdə təntənə ilə qeyd olunur. 17 mart tarixində məktəb rəhbərliyi, müəllim kollektivi və şagirdlərin iştirakı ilə Novruz şənliyi təşkil edilmişdi.Şagirdlərin ifasında şeirlər, mahnılar dinlənildi, şəhnəciklər göstərildi.