Respublika fənn olimpiadasının qalibləri

313 nömrəli tam orta məktəbin şagirdlərindən 4 nəfəri Respublika fənn olimpiadalarından medalla qayıtmışdır. VIIIa sinif şagirdi Əlizadə Fərid Atamoğlan oğlu riyaziyyat fənni üzrə II yerin (gümüş medal), X b sinif şagirdi Əhmədov Emil Ramil oğlu riyaziyyat fənni üzrə II yerin (gümüş medal), IXc sinif şagirdi Hüseynov Murad Zakir oğlu coğrafiya fənni üzrə II yerin (gümüş medal) və XIa sinif şagirdi Mustafayev Əfrəddin Qabil oğlu tarix fənni üzrə III yerin (bürünc medal) qalibi olmuşlar.
Onu da qeyd etmək istəyirik ki, Əlizadə Fərid Atamoğlan oğlu VIII sinif şagirdidir və o, IX sinif şagirdlərinin fənn olimpiadalarında iştirak edərək gümüş medala layiq görülmüşdür.
Göstərilən uğurlara görə şagirdlərimizi və onların müəllimlərini təbrik edirik. Hesab edirik ki, bu bütün pedaqoji kollektivin qazandığı uğrlardır.