Şagirdimiz Yeniyetmələrin 23-cü Balkan Riyaziyyat olimpiadasında iştirak edəcək

Yeniyetmələrin 23-cü Balkan Riyaziyyat olimpiadasında iştirak edəcək komandamızın üzvləri məlum oldu.
20-25.06.2019- cu il tarixlərində Kipr respublikasında yeniyetmələrin 23-cü Balkan Riyaziyyat Olimpiadası təşkil olunacaqdır. Bu yarışda ölkəmizi təmsil edəcək komandanı müəyyənləşdirmək məqsədi ilə Beynəlxalq Olimpiadalara hazırlıq mərkəzində 2 (iki) seçmə imtahanı keçirilmiş koordinasiya prosesi yekunlaşmışdır. Hər gün şagirdlərə 4 sual və onları həll etmək üçün 4 saat 30 dəq, vaxt verilmişdir. 37 nəfərin iştirak etdiyi seçmə imtahanlarının nəticələrinə əsasən ölkəmizi bu elm yarışında təmsil edəcək 6 nəfərdən ibarət komanda üzvlərindən biri Bakı şəhəri 313 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Əlizadə Fəriddir. Ona daha böyük uğurlar arzu edirik.