"Kiçik Akademiya"nın humanitar bölməsinin seminarı keçirilmişdi

313 nömrəli tam orta məktəbdə Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar "Kiçik Akademiya"nın humanitar bölməsinin seminarı keçirilmişdir. Seminarda məktəbin ədəbiyyat müəllimi Səlimova Bikəxanım çıxış edərək demişdir ki, İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir. Nəsiminin yaradıcılığı artıq milli-mənəvi varlığımızın ayrılmaz tərkib hissəsidir.