Xocalı faciəsinin 27-ci ildönümünə həsr edilmiş tədbir keçirildi

313 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin 27-ci ildönümünə həsr edilmiş tədbir keçirildi. Şagirdlərin hazırladıqları səhnəciklər, kompazisiyalar və şeir nümunələri şagirdlər və valideynlər tərəfindən diqqətlə izlənildi. Məktəbin direktoru Zakir Bayramov çıxış edərək Xocalı faciəsinin tarixindən, baş vermə səbəblərindən danışdı. O bildirdi ki, tarixi hadisələri hər birimiz dərindən öyrənməli, vətənə sevgi və məhəbbət, düşmənə nifrət hisslərini daim yaşatmalı, gələcək nəsillərə çatdırmalıyıq. Bu bizim bir vətəndaşlıq borcumuzdur.