"Qanlı Yanvar" mövzusunda ümumməktəb tədbiri keçirilmişdir

313 № li tam orta məktəbdə 20 Yanvar faciəsinə həsr olunmuş "Qanlı Yanvar" mövzusunda ümumməktəb tədbiri keçirilmişdir. Tədbirdə 313 nömrəli tam orta məktəbin direktoru çıxış edərək 1990-cı il yanvar qırğınının nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qırmadığını bildirdi. Həmin gecədə həlak olan vətən övladlarının xalqın milli azadlığı və müstəqilliyi uğrunda göstərdikləri qəhrəmanlıqlarla Azərbaycan tarixinə parlaq səhifələr yazaraq, bütün gənclərə örnək olduqlarını, eləcə də 20 yanvar faciəsinin müstəqil Azərbaycan dövlətinin tarixinə xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazıldığını diqqətə çatdırdı.
Tədbirdə şagirdlərin hazırladıqları kompozisiyalar nümayiş etdirilmiş, şeir nümunələri söylənilmişdir.