Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Vəliyeva təltif olunmuşdur

Bu gün 313 №-li tam orta məktəbdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Vəliyeva İbrahim qızı məktəbin direktoru Zakir Bayramov tərəfindən diplom və hədiyyə ilə təltif olunmuşdur. Diplomu təqdim edən direktor Təranə müəllimin məktəbin ictimai həyatında fəal iştirakını yüksək qiymətləndirdiyini vurğulayaraq ona öz minnətdarlığını bildirmişdir.