“Dilimiz-Milli Qürur Mənbəyimiz” adlı bilik yarışının qalibləri mükafatlandırılmışdır

Bu gün 313 №-li tam orta məktəbdə 15 dekabr 2018-ci il tarixində məktəbin VI sinifləri arasında Azərbaycan dili fənni üzrə keçirilmiş “Dilimiz-Milli Qürur Mənbəyimiz” adlı bilik yarışının qalibləri mükafatlandırılmışdır. Məlumat üçün qeyd edək ki, bu yarış məktəbin VI siniflərindən 39 nəfərin iştirakı ilə baş tutmuş və bu şagirdlər arasından 14 nəfər şagird yüksək nəticələr göstərərək təşəkkürnamə ilə təltif olunmuşdur. Təşəkkürnamələri şagirdlərə təqdim edən məktəbin direktoru Zakir Bayramov uşaqları əldə etdikləri uğurlu nəticəyə görə təbrik etmiş və onları dilimizin saflığının qorunması yolunda öz dillərini daha dərindən öyrənmələrini tövsiyə etmişdir.