“Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsinin qalibləri mükafatlandırıldı

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Fövqəladə hallar uşaqların gözü ilə” VIII Respublika uşaq yaradıcılıq müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir. Müsabiqə Təhsil və Fövqəladə Hallar nazirliklərinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil olunmuşdur.
313 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi Qəribova Səidə I yerə layiq görülmüşdür.