B.Vahabzadənin həyat və yaradıcılıgına həsr olunmuş dəyirmi masa.

2015-ci il 2 mart tarixində 313 N-li tam orta məktəbin kitabxanasında 9-cu sinif şagirdləri,müəllimlər və məktəb rəhbərliyinin iştirakı ilə B.Vahabzadənin həyat və yaradıcılığına həsrolunmuş dəyirmi masa keçirildi.Tədbirdə ədəbiyyat müəllimləri B.Vahabzadə yaradıcılığınınzənginliyindən danışaraq onu nəinki Azərbaycanın ədəbiyyatının, hətta böyük türk dünyasınınistiqlal şairi adlandırdılar.Şagirdlər B.Vahabzadə yaradıcılığına müraciət edərək, əsas vətənpərvərlik olmaqla müxtəlif mövzularda dərin və mənalı şeirlər səsləndirdilər. Tədbirin sonunda məktəbin direktoru Z.Bayramov çıxış edərək müəllim və şagird kollektivinətəşəkkürünü bildirdi, şagirdlərin əxlaq və dünyagörüşünə müsbət təsir edəcəyini nəzərə alaraqbelə tədbirlərin tez-tez keçirilməsinin vacib olduğunu vurğuladı.