Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirildi

313 nömrəli tam orta məktəbdə Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirildi. Tədbirdə çıxış edən məktəbin direktoru Zakir Bayramov 1991-ci il oktyabrın 18-də Ali Sovetin “Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etməsi ilə Azərbaycan xalqının müstəqillik arzusunun həyata keçdiyini qeyd etdi.. Müstəqilliyin ilk illərində Azərbaycanın xeyli çətinliklərlə üzləşdiyini diqqətə çatdıran direktor bildirdi ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev özünün zəngin siyasi təcrübəsi və yüksək idarəçilik bacarığı nəticəsində Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Ümummilli Liderin yorulmaz səyləri nəticəsində qısa müddətdə cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginlik aradan qaldırıldı, dövlət quruculuğu işlərinə başlandı. Məhz həmin işlər Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu.
Tədbirin sonunda şagirdlər şeir söylədi və kompozisiyalar təqdim etdilər.