20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 26 il ötür.Bu münasibətlə 19 yanvar tarixində məktəbimizdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivinin iştirakı ilə "20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir" adlı tədbir keçirildi.Şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra tədbiri giriş sözü ilə açan məktəbin direktoru Z.Bayramov Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar faciəsi haqqında ətraflı məlumat verdi. Şagirdlər 20 yanvara həsr olunmuş seir və kompozisiyalarla çıxış etdilər.