Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbir keçirildi

313 nömrəli tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbir keçirildi. Tədbirdə çıxış edən məktəbin direktoru Zakir Bayramov Cümhuriyyətin tarixinə, keçdiyi şərəfli yola nəzər salaraq Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cumhiriyyətinin xalqımızın qürur mənbəyi olduğunu bildirdi.. Diqqətə çatdırdı ki, XX əsrin sonunda yenidən qazanılan müstəqilliyimizin ilk illərində ölkəmiz ağır günlər yaşayıb. Hətta müstəqilliyimizi itirmək təhlükəsi ilə üzləşmişik. Belə çətin günlərdə xalqımızın təkidli, tələbi və xahişi ilə yenidən respublika rəhbərliyinə qayıdan görkəmli dövlət xadimi Heydər Əliyevin apardığı müdrik və qətiyyətli siyasət nəticəsində müstəqilliyimizin əbədiliyi və sarsılmazlığı təmin olundu. Sonda tədbirin bədii hissəsi şagirdlərin ifası ilə davam etdirildi.