Türkoloq alim Ramiz Əskərlə görüş

8 Yanvar 2016- cı il tarixdə Bakı şəhər 313 saylı tam orta məktəbdə şair, tərcüməçi, publisist, ədəbiyyatşünas, filologiya elmləri doktoru ,Bakı Dövlət Üniversitetinin Türk xalqları ədəbiyyatı kafedrasının müdiri, Azərbaycan Yazıçılar Birliyinin (2006) və Azərbaycan Jurnalistlər Birliyinin (1980) üzvü Ramiz Əskərlə “Azərbaycan və Türk xalqlarının tarixində Orxon – Yenisey abidələrinin yeri” mövzusunda məktəb rəhbərliyi, müəllimlər və şagirdlərin iştirakı ilə görüş keçirildi.Yazdığı kitablar və etdiyi tərcümələr haqqında maraqlı söhbət edən Ramiz müəllim sonda şagirdlərin suallarını cavablandırdı.