"Mülki Müdafiə Günü" keçirildi

Bakı şəhəri 313 nömrəli tam orta məktəbdə 14.05.2018-ci il tarixdə "Mülki Müdafiə Günü" keçirildi. Tədbirdə Fövqəladə Hallar Nazirliyinin şöbə rəisi Babək Hüseynov və digər əməkdaşlar, Binəqədi rayonu Fövqəladə Hallar Şöbəsinin işçiləri iştirak edirdilər.
6-cı siniflərdə təşkil edilən “açıq dərs”lər, fövqəladə hallar zamanı şagirdlərin binadan təxliyə edilməsi, şərti olaraq yaradılmış yanğını şagirdlərin avadanlıqlardan istifadə etməklə söndürmələri maraqla qarşılandı. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları məktəblilərlə maarifləndirici söhbətlər apardılar və şagirdlərin suallarını cavablandırdılar.