Yanvar ayı "Azərbaycan dili və Ədəbiyyat" aylığı elan olunub

Yanvar ayı məktəbimizdə "Azərbaycan dili və ədəbiyyat" aylığı elan olunub. Bu münasibətlə Azərbaycan dili və ədəbiyyat fənnlərindən açıq dərslər keçirilir. 6 yanvar tarixində Süleymanova Xavər müəllimənin 10-cu sinifdə ədəbiyyat fənnindən Şah İsmayıl Xətainin "Ayrılır" qəzəlinin məzmunu və təhlili mövzusunda, 8 yanvar tarixində Vəliyeva Təranə müəllimənin 6-cı sinifdə B.Vahabzadənin "Bayraq" şeiri mövzusunda, 13 yanvar tarixində Kamalova Sələnbər müəllimənin 8-ci sinifdə ədəbiyyat fənnindən Aşıq Ələsgərin" Dağlar" şeiri mövzusunda, 14 yanvar tarixində Mustafayeva Məlahət müəllimənin 6-cı sinifdə Azərbaycan dili fənnindən" Əvəzliyin quruluşca növləri" mövzusunda açıq dərsləri keçirilmişdir.Dərslər davam edir.