Dünya Azərbaycanlılarının Həmrəylik Günü

30.12.2015 tarixdə məktəbimizdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirildi.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Zakir Bayramov kollektivi bayram münasibətilə təbrik edərək bildirdi ki, 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın 70-dən çox ölkəsində yaşayan,50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.Bu günün əsası 1989-cu il dekabrın axırında Naxçıvan sərhədlərinin dağılması zamanıqoyuldu.1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Heydər Əliyev dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Sonra məktəbimizin şagirdləri musiqi nömrələri ilə çıxış etdilər.